Tanınmış şairin qızından gülünc tələb

28-03-2016, 00:10           
Tanınmış şairin qızından gülünc tələb
Tanınmış müğənni, əməkdar artist Şəbnəm Tapdıq ANS TV-də yayımlanan “Alın yazısı” verilişinin aparıcısı Şəbnəm Xeyrulla qarşısında qeyri-adi tələb irəli sürüb. Müğənni telejurnalistdən adını dəyişdirməyi istəyib.

Bu barədə jurnalist Facebook səhifəsində qeyd edib.

“Mən adımı Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirmişəm. Bu o deməkdir ki, “Şəbnəm” adının bütün hüquqları mənə aiddir” deyən müğənni Şəbnəm Tapdıq adaşındanb adını dəyişdirməyi istəyərək, hətta ona bəzi variantlar da təklif edib.

“Demirəm, tam dəyişin. Sizə variantlar da təklif edə bilərəm: Şəbnəmnur və ya Şəbnəmtac”, – Şəbnəm Tapdıq deyib.

“İndi bütün şəbnəmlər adlarını dəyişməlidirlər?”-deyə təəccüblənmiş telejurnalist iddialı müğənniyə sual edib. Onlar arasında sonrakı dialoq belə olub:

Şəbnəm Tapdıq:
– Yox, əslində mən ancaq müğənni şəbnəmlərin adını dəyişməsini tələb edirdim. Məsələn, Şəbnəm Tovuzlunun. Amma siz də tanınan, gözəl aparıcısınız. Olmaz ki, öz adınız olsun? Şəbnəmnur, Şəbnəmtac…
Şəbnəm Xeyrulla:
– Axı mənim bütün sənədlərim bu adla qeydiyyatdan keçib.
Şəbnəm Tapdıq:
– Olsun da, nə fərqi var. Kiçik dəyişiklikdir də.
Şəbnəm Xeyrulla:
– Əgər məhkəmə yolu ilə bunu məndən tələb etsəniz və qalib gəlsəniz, qanuna baş əyməyə hazıram. Amma belə mümkün deyil, Şəbnəm xanım.
Şəbnəm Tapdıq:
– Axı biz ziyalı, şair ailəsiyik. Məhkəməyə gedib çıxmaq istəmirəm. Eh, günah mənim mamamdadır. Vaxtında adımı qeydiyyatdan keçirsəydilər, bu vəziyyətə düşməzdim. Atamın mənə verdiyi bu adı başqaları oğurlamazdı. Atam təklif edir ki, bu qədər adamı dağa-daşa salmaqdansa, öz adını dəyişdir, İlkşəbnəm qoy, vəssalam. Amma mən istəmirəm axı, belə olsun.
Şəbnəm Xeyrulla:
– Şəbnəm xanım, hər halda sizi bəyənib, adınızı uşaqlara qoyublar da…

Qeyd edək ki, müğənni Şəbnəm Tapdıq ilk dəfə deyil ki, belə anlaşılmaz hərəkət edir. O, əvvəllər də telekanalların efirindən Azərbaycanda “Şəbnəm” adının ilk dəfə ona verildiyini bildirərək, bəzi adaşlarını hətta hədələyib, onlardan adlarını dəyişməyi tələb edib…
Müğənninin bu cür hərəkətləri isə sosial şəbəkələrdə gülüş doğurub.

Şəbnəm Tapdıq tanınmış şair İlyas Tapdığın qızıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.