Rza Zərrab Ebru Gündeşə: "Qızımızı gətirmə..."

28-03-2016, 19:02           
Rza Zərrab Ebru Gündeşə: "Qızımızı gətirmə..."
ABŞ-da tutulan və 75 il həbsi istənilən iş adamı Rza Zərrabın həyat yoldaşı, müğənni Ebru Gündeş onun ilk məhkəməsi üçün Mayamiyə gedib.

Ərinin həbsindən sonra qızı Alaranı İstanbula gətirən ifaçı "Rza məni yanında istəyər" deyərək geri dönüb. O, aprelin 4-də baş tutacaq məhkəmədə iştirak edəcək və 3 həftə ABŞ-da qalacaq.

R.Zərrabın E.Gündeşdən bir istəyi olduğu öyrənilib. O, vəkilləri vasitəsi ilə "Qızımızı gətirmə, yaşananların ona pis təsir etməsini istəmirəm. Məhkəmə xeyrimizə bitəcək və ona bir yerdə qayıdacağıq" sözlərini çatdırıb. Ebru həyat yoldaşının bu istəyi qarşısında kövrələrək onun dediyinə əməl edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru