Mətanətdən Elzaya cavab: - "Əgər buna görə addım atmasa..."
30-03-2016, 21:50
Əməkdar artist Mətanət İsgəndərli həmkarı Elza Seyidcahanın mahnı ilə bağlı ittihamlarına cavab verib.
Axşam.az-a açıqlamasında ifaçı bəstəni təqdim etməməsinin səbəblərini açıqlayıb:
“Elza mahnılarının atasıdırsa, mən də anasıyam. Mahnını 5 il əvvəl oxumuşam. 5 min ödədim, hamısını hazırladı verdi. Orada səs rejissorunun yaradtığı texniki qüsurlar var idi. Elza xanıma dedim ki, aradan götürək. Gözəl bəstədir, tərifəlayiqdir. Mənim ifamda da qüsur yoxdur. Elza xanıma dedim daha səviyyəli hazırlayaq, razılaşdı. Amma uzanır. Başa düşürəm ki, işləri çoxdur, sənətinin arxasınca qaçır. Elə ona görə də uzana-uzana qalıb.
Telefonla danışanda həmişə bu mövzunu müzakirə edirik. Hətta mahnıya klip də çəkdirmək istəyirəm. Elza mahnını yenidən hazırlamağı boynuna götürsə, yaxşı olar. Səs rejissoru mahnını kompüterdən silib. Əgər Elza xanım addım atmasa, öz boynuma götürəcəm. Bütün xərcini ödəyib, yenidən yazdırıb, təqdim edəcəm. Mən mahnılarımı canım qədər istəyirəm. Mənim üçün hər şey yüz faizlik olmalıdır. İstəmirəm ki, mahnım sıradan formada ərsəyə gəlsin”.
Qeyd edək ki, E.Seyidcahan M.isgəndərlini ondan bəstə alıb, evdə yatızdırmaqda ittiham etmişdi.