Müğənni Cavanşir Məmmədovu toyda döydülər

31-03-2016, 01:47           

Bakıda şadlıq evlərindən birində keçirilən toy mərasimində dava-dalaş olub.

teref.az Lent.az-a istinadən xəbər verir ki, N.Tusi küçəsində yerləşən "Movida Plaza” şadlıq sarayında baş tutan məclis zamanı 1954-cü il təvəllüdlü Məmmədov Cavanşir İrşad oğlu xuliqanlıq zəminində döyülüb. Hadisəni törətmiş 1979-cu il təvəllüdlü Həsənov Cabir Həsən oğlu polis tərəfindən saxlanılıb. C.Həsənov izahatı alındıqdan sonra sərbəst buraxılıb.
Faktla bağlı 35-ci Polis Bölməsində araşdırma aparılır.

"Azadlıq”-ın yazdığına görə döyülən şəxs müğənni Cavanşir Məmmədovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru