“Toydan çıxanda məni vurdular...” - Cavanşir Məmmədov başına gələnləri danışdı

31-03-2016, 13:35           
“Toydan çıxanda məni vurdular...” - Cavanşir Məmmədov başına gələnləri danışdı
Əməkdar artistlər Cavanşir Məmmədov və Firuzə İbadovanın toyda başına iş gəlib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, Cavanşir Məmmədovun toydan çıxan zaman döyüldüyü iddia olunub.

Məsələ ilə bağlı müğənni Firuzə İbadova ilə əlaqə saxladıq. Əməkdar artist "Qafqazinfo"ya açıqlamasında böyük bir hadisənin baş vermədiyini bildirib:

“Bilmirəm bu xəbərləri kim yayır. Belə bir dava baş tutmayıb. Ancaq onu deyə bilərəm ki, şişirdiləsi bir şey olmayıb. Cavanşir müəllimlə əlaqə saxlayın”.

Bu məqamda qeyd etmək istərdik ki, Cavanşir Məmmədov məsələ ilə bağlı unikal.org-a açıqlama verib.

Müğənni restoranda arxadan vurulduğunu söyləyib:

““Movida Plaza”da bizim xalq artısti Firuzə İbadova ilə yarım saatlıq çıxışımız var idi. Biz axşam 21:30-da proqramda çıxış etdik. Çıxanda bir nəfər yoldaş bizə yaxınlaşdı ki, yarım saaat da qalıb çıxış etməlisiniz. Elə müğənnilər var ki, onları döyüb qovurlar. Yarım saat əlavə qalmaq üçün bizimlə mübahisə etdi. Mən də bildirdim ki, bizim başqa yerdə çıxışımız var. Gedib sonra qayıdarıq. Biz qapıdan çıxanda məni arxadan vurdu. Bununla bağlı toy sahibləri həmin şəxsi tənbeh etdilər. Bir neçə dəqiqə keçəndən sonra məlum odu ki, biz çıxandan sonra bu şəxs özünü bıçaqlayıb”.

Cavanşir Məmmədov onu da bildirib ki, onu arxadan vuran "Cəbo” ləqəbi ilə tanınan Cəmil adlı şəxsdir:

"Şəxsin adı Cəmildi, "Cəbo” ləqəbi ilə çağırırlar. Məni döyməyib arxadan vurub. Həmişə hörmətli kişiləri arxadan vururlar. Zərəçəkən şəxslər Cavanşir Məmmədov, Firuzə İbadovadırsa xəbəri yayan zaman bu şəxslərlə əlaqə saxlamaq lazım idi. Yalandan xəbər yaymaq düzgün deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.