Əlikram Bayramovu Hollandiyaya toya aparıb aldatdılar - AÇIQLAMA

1-04-2016, 20:04           
Əlikram Bayramovu Hollandiyaya toya aparıb aldatdılar - AÇIQLAMA
"Məni Fərda Xudaverdiyevlə Müşviq Şahverdiyev aldadıblar”
Tanınmış müğənni Əlikram Bayramov Unikal.org-a 1 aprellə bağlı başına gələn olaydan danışıb. Ə.Bayramov bildirib ki, keçən il yox əvvəlki il baş verən hadisədən sonra Fərda və Müşfiqlə dalaşıb: "Mənə dedilər ki, saat 9-da aeroportda ol, Hollandiyaya toya gedirik. Sintezator və saz ifaçıları da mənimlə birgə idilər. Tam hazır vəziyyətdə səhər saat 9-dan 12-yə qədər gözlədim. Bunlar gəlib çıxmadı. Dəfələrlə zəng etdim telefona cavab vermədilər. Saat 12-də zəngimə cavab verdilər ki, bu gün aprelin biridi zarafat etmişik. Buna görə, münasibətlərimiz də pisləşdi. Mən o vaxtdan onları aldada bilməmişəm. Hava limanında olan dostlarım soruşurlar ki, nə məsələdir? deyirəm Hollandiyaya toya gedirəm. 38 manat da çay pulu verdim. Evdəkilər soruşdu- nə oldu? niyə getmədim?. Dedim, təyyarə uçmadı”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru