Aktyor dostu Ceyms Bondu qadın geyimində TƏBRİK ETDİ: “Tortun içindən çıxmışdım”

27-01-2022, 15:44           
Aktyor dostu Ceyms Bondu qadın geyimində TƏBRİK ETDİ:
Ceyms Bonda aktyor dostundan doğum günü SÜRPRİZİ – Qadın geyimində tortun içindən çıxdı...

İspan aktyoru Xavyer Bardem həmkarı, britaniyalı aktyor Daniel Kreyqlə Ceyms Bond filmlərindən olan “Skyfall”da (2012) bir-birinə düşmən olsalar da, real həyatda yaxın dostdurlar.

Bizim.Media xəbər verir ki, Bardem son açıqlamasında Kreyqə 10 il əvvəlki ad günündə etdiyi sürprizdən danışıb.

Aktyorların ad günü arasında 1 gün fərq olduğundan çəkiliş heyəti hər ikisinin doğum gününü eyni gündə qeyd etməyə qərar verib.

İspan ulduz tortun içindən qadın geyimində çıxdığını belə xatırlayıb:

“Tortun içindən çıxmışdım. Qadın geyimindəydim. O gecə Bond qızı olmağım lazım idi. Aman Tanrım, elə idim (gülür). Musiqi bacarığım olmadığı üçün ən yaxşı edə bildiyim Merlin Manro obrazı ilə “Ad günün mübarək” söyləmişdim”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.