C vitamini ən çox hansı qidalarda olur?

13-02-2025, 09:58           
C vitamini ən çox hansı qidalarda olur?
C vitamini bədən üçün vacib bir antioksidantdır və immuniteti gücləndirir, dəmirin mənimsənilməsinə kömək edir, dəri sağlamlığını qoruyur. Foodinfo.az xəbər verir ki, C vitamini ilə zəngin qidalar arasında ilk növbədə sitrus meyvələri (portağal, limon, qreypfrut) gəlir. Eyni zamanda, qırmızı bibər, kivi, çiyələk, brokoli, ispanaq, pomidor və gül kələmi də C vitamini ilə zəngindir. Bu qidalar tərkibindəki C vitamini sayəsində soyuqdəymənin qarşısını alır, damarları möhkəmləndirir və bədəni sərbəst radikalların təsirindən qoruyur. C vitamini orqanizmdə depolanmadığı üçün hər gün bu vitaminlə zəngin qidaları qəbul etmək sağlamlıq üçün vacibdir. Çiy halda istehlak edilmələri daha çox fayda təmin edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru