“Qaya” məşqlərindən və “əfsanəvi” yeməklərindən danışdı - FOTO

29-01-2022, 10:22           
“Qaya” məşqlərindən və “əfsanəvi” yeməklərindən danışdı - FOTO
“Qaya” ləqəbi ilə tanınan məşhur aktyor Dueyn Conson məşqləri və “əfsanəvi” yeməkləri haqqında danışıb.

Onun müsahibəsini “Men's Journal” nəşr edib.

Consonun sözlərinə görə, o, gününü acqarına kardio məşqlərlə başlayır və ancaq bundan sonra yemək yeyir.

“Mən gündə 6-7 dəfə yemək yeyirəm. Rasionumu mümkün qədər balanslı saxlamağa çalışıram, tərkibində zülallar, karbohidratlar, yaxşı yağlar - və bəzən də günün düzgün vaxtında şəkər olmasna diqqət edirəm”, - deyə o, bildirib.

49 yaşlı aktyor bildirib ki, pəhrizi onun qarşıdakı həftə, ay və il üçün qısa və uzunmüddətli planlarından asılı olur, bəzən isə çəkilişlərə hazırlaşarkən dəyişə bilər.

Həftədə bir dəfə Conson özünə istirahət etməyə və ciddi pəhrizdən yayınmağa icazə verir. O, bazar günü yeməklərini “əfsanəvi” adlandırıb.






Mənbə: Mens Journal












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.