"Yoldaşımı da cəbhəyə göndərdilər" 4-04-2016, 13:16 Müğənni Sevda Sanəliyeva ermənilərin gecə boyunca cəbhə bölgəsini atəşə tutmasına münasibət bildirib. Axşam.az-ın məlumatına görə, ifaçı polis işçisi olan həyat yoldaşının da cəbhəyə aparıldığını yazıb:“Allah cəbhədəki əsgərlərə, orada yaşayanlara da kömək olsun. Yoldaşımı da ora göndərdilər. Qorxuram, həyəcanlıyam. Başımda bir böyüyüm o qalıb”.Qeyd edək ki, S.Sanəliyeva 2014-cü ilin iyununda gizli toy etmişdi. Facebook-da paylaş