Aktrisamız 18+ səhnəyə görə serialdan qovuldu

7-04-2016, 10:10           
Aktrisamız 18+ səhnəyə görə serialdan qovuldu
Azərbaycanlı aktrisa Nuranə Bagiyeva Türkiyədə çəkildiyi serialdan ayrılıb.

Axar.az xəbər verir ki, aktrisa rol aldığı “Köç zamanı” serialında sevişmə səhnəsinə çəkilməyi qəbul etmədiyi üçün serialdan uzaqlaşdırılıb. O, sevişmə səhnəsinə çəkilməkdən imtina etdiyi üçün ssenari müəllifinin ona ölüm səhnəsi yazdığını bildirib:

“2 nəfərlə sevişmə səhnəm var idi. Biri atam yaşındakı aktyor Talat Bulud, digəri isə Şüküri Çavuşay. Buna görə narahat oldum. Talat Bulud çətinliyimi başa düşüb səhnədə mənə kömək etdi. Amma gördüm ki, yenə də ssenaridə sevişmə səhnəsi var. Buna etiraz etdim. Ona görə də dərhal mənə ölüm səhnəsi yazıb serialdan uzaqlaşdırdılar”.

Qeyd edək ki, “Köç zamanı” serialı Türkiyənin Star TV kanalında yayımlanır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.