Röyanın keçmiş həyat yoldaşının bank hesabları qarət olunub - milyonları yoxa çıxdı

7-04-2016, 18:41           
Röyanın keçmiş həyat yoldaşının bank hesabları qarət olunub - milyonları yoxa çıxdı
Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov Azərbaycanda fəaliyyət göstərən banklardan birini məhkəməyə verib.

Axşam.az-ın məlumatına görə, iş adamı bankı onun və yaxınlarının hesabından pul oğurlamaqda ittiham edib:

“Bank Standartda” mənə və yaxın qohumlarıma məxsus bank hesablarından bizim razılığımız olmadan külli miqdarda (milyonlarla) pul vəsaitinin başqa şəxslərin hesabına köçürülməsi halları baş verib. Bizim razılığımız olmadan hesabımızdakı pullardan kimlərin istifadə etməsi və külli miqdarda pul vəsaitlərinin kimlərin hesabına köçürülməsi barədə məsələlərin aydınlaşdırılması üçün Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm. Məhkəmənin qətnaməsi ilə bizim iddia tələblərimiz təmin edilmişdi.

Lakin Bakı Apellyasiya Məhkəməsinin 02.03.2016-cı il tarixli qərarı ilə, Səbail rayon Məhkəməsinin qətnaməsi əsassız olaraq ləgv edilmişdir. Beləcə bankın bizə məxsus hesablarda olan pul vəsaitlərindən qanunsuz olaraq istifadə etməsi halları ört-basdır olunub”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru