Əməkdar artistdən sərt sözlər: "Əsgər yoldaşını torpağa tapşıran əsgərin qol götürüb oynamasının adı nədir?"

9-04-2016, 12:18           

Əməkdar artist Lalə Məmmədova cəbhə xəttinə səfər edən həmkarlarına müraciət edib.

teref.az xəbər verir ki, əməkdar artist mesajında yazıb:

"Əziz sənət yoldaşlarım, internetdə sizin cəbhə bölgəsinə səfərləriniz və şadyanalığı seyr edirəm. Bu, Azərbaycan əsgərinə dəstək deyil. Bu, canını bizim uğrumuzda şəhid edənlərə və onların ailələrinə hörmətsizlikdir. Səhər əsgər yoldaşını torpağa tapşıran əsgərin qol götürüb oynamasının adı nədir? Etməyin! Mübarizə, dəstək belə primitiv yolla deyil, daha sivil və məntiqlə olmalıdır".

Xatırladaq ki, cəbhə xəttindəki baş verən son hadisələrdən sonra bir qrup sənətçi həmin əraziyə üz tutaraq, videolar, fotolar çəkərək onları sosial şəbəkədə paylaşıb. Bu isə həm sosial şəbəkə istifadəçiləri, həm də bəzi sənət nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb.
Lalə Məmmədovanın yazısını sizə təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru