"Toy günü oğlumu polis saxladı" - əməkdar artist

14-04-2016, 11:59           
"Toy günü oğlumu polis saxladı" - əməkdar artist
Əməkdar artist Yusif Mustafayev kiçik oğlu Tərlanın toyunda başına gələn hadisədən danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni "Hər şey daxil" verilişində məclis günü oğlunu polisin saxladığını deyib:

"2013-cü ildə kiçik oğlum Tərlana toy etdim. Saat 6-ya yaxın hələ də bəylə gəlinin korteji gəlib çatmamışdı. Tərlan zəng vurdu ki, bütün maşınları polis saxladı. Həmin an nə çəkdiyimi deyə bilmərəm. Hamısını polis idarəsinə aparmışdılar. Bir-iki maşın dələduzluq etmişdi. Oğlum hörmətli adamdır. Danışıb, məsələni həll etdi. Amma həmin toyda sənət dostlarımın çoxu məndən incidi. Fikrim oğlumun yanında qaldı deyə, istədiyim kimi onları yerləşdirə bilməmişdim".

Qeyd edək ki, Y.Mustafayevin iki oğlan, bir qız övladı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru