Abbas Bağırovla "Space" arasında qalmaqal - FOTO

18-04-2016, 13:22           
Abbas Bağırovla "Space" arasında qalmaqal - FOTO
Əməkdar artist Abbas Bağırovla "Space" telekanalı arasında qalmaqal yaşanıb.

Axşam.az-ın məlumatına görə, müğənni bu gün dəvət olunduğu "Hər səhər" verilişinə gecikib. Bu səbəbdən ifaçının telekanala buraxılmasına icazə verilməyib.

A.Bağırov məsələ ilə bağlı sosial şəbəkədə fikirlərini bildirib:

"Bu gün saat 09:30-da canlı yayımda olmalı idim. Düz 5 dəqiqə gecikdim. "Space" telekanalının qeyri-peşəkar işçisi "Siz gecikmisiniz, mənə tapşırılıb ki, sizi buraxmayım" dedi. Bunu mənə Space TV-nin girişində qapıda dayanan insan dedi. Lap yaxşı. Bundan sonra mən Space TV-yə çıxmayacam. Onu da deyim ki, mən bu günə kimi heç bir televiziya verilişinə gecikməmişəm. Canlı yayım olmasa belə".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru