Xoşqədəm iddialara cavab verdi - “Ləkələməyə çalışmayın...”

19-04-2016, 12:58           
Xoşqədəm iddialara cavab verdi - “Ləkələməyə çalışmayın...”
Teleaparıcı Xoşqədəm Hidayətqızının ANS TV-dən ayrılaraq Xəzər televiziyasında yeni layihəyə başlayacağı barədə xəbərlər yayılıb.

“Qafqazinfo”nun məlumatına görə, teleaparıcının ANS TV ilə əməkdaşlığına son verildiyini, digər kanalda qadınlarla bağlı bir verilişlə efirə qayıdacağı iddia edilib.

Məsələyə X. Hidayətqızı sosial şəbəkədə aydınlıq gətirib.Teleaparıcı bildirib ki, yayılan xəbərlərin hamısı yalandır:

“Mənim sevimli kanalım, ən çətin anımda yanımda olan, hər kəsin kanalı ANS-in şüarı necə də bizə yaxındır - Döyüş alnımıza yazılıb! Ay dostlar, vallah yazdığınızı oxumağa vaxtım yoxdur. Eşidirəm ki, həmişə məndən yazırsınız. Lütfən yazarkən yalan xəbər yazmayın və kimisə ləkələməyə çalışmayın.

Çünki o insanlar əldə etdiklərini öz zəhmətləri ilə qazanıblar. Ona görə də zəhmətkeş insanlara haqq etdiklərı dəyəri veriblər. Nəinki mənim, kimsənin haqqını tapdalamayıblar. Allah onlardan razı olsun! Fitnə, fəsadla məşğul olub, kimisə ləkələməyə, ara vurmağa çalışan dostlarımıza da Allah hidayət etsin!”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru