Bu ölkə Avroviziyadan qovuldu

23-04-2016, 09:54           
Bu ölkə Avroviziyadan qovuldu
Rumıniya Avroviziya-2016 mahnı müsabiqəsində iştirak hüququndan məhrum edilib.

APA-nın məlumatına görə, buna Rumıniya dövlət televiziyasının 2007-ci ildən bu yana Avropa Yayım İttifaqına yığılan borcu səbəb olub.

Avropa Yayım İttifaqından bildirilib ki, Rumıniya televiziyasının bu günə olan borcu 14,5 milyon avroya yaxındır. Borc aprelin 21-inədək ödənilməli idi. Rumıniya televiziyasına müsabiqənin yayımı da qadağan edilib.

Avropa Yayım İttifaqı bu tədbirə əl atmağa məcbur olduğunu bəyan edib. “Rumıniya hökumətinin bizim məsələnin həlli üçün göstərdiyimiz səylərə cavab verməməsindən təəssüflənirik”.

Qeyd edək ki, bir neçə gün öncə Avropa Yayım İttifaqı Rumıniyanın borcu səbəbindən belə bir addım ata biləcəyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru