“Fort Boyard” canlıların əvəzinə 3D pələnglərdən istifadə edəcək

29-06-2022, 11:04           
“Fort Boyard” canlıların əvəzinə 3D pələnglərdən istifadə edəcək
1990-cı ildən Fransa televiziya ekranlarında yayımlanan “Fort Boyard” televiziya oyununda gələn mövsümdən etibarən xəzinəni qoruyan əsl pələnglər olmayacaq.

Fransanın “Fort Boyard” televiziya oyununun yaradıcıları iyulun 2-də “France 2”də başlayacaq şounun növbəti mövsümündən etibarən qalanın xəzinəsini qoruyan canlı pələnglərdən imtina edərək onları 3D modellərlə əvəz etmək qərarına gəliblər.

Bu barədə “Huffington Post” məlumat verib.

“Adventure Line Productions” prodüser şirkəti hələ fevral ayında şouda görünən ən son pələnglər olan Kəşmir və Toskanın heyvanların rifahı ilə bağlı narahat olan tamaşaçıların narazılığı səbəbilə artıq oyunda iştirak etməyəcəyini açıqlamışdı. Prodüserlərin bildirdiyinə görə, pələnglər yetişdiriciyə təhvil verilib və o, heyvanlar təbii şəkildə ölənə qədər onlara qulluq edəcək.

Canlı pələnglər “təqaüdə çıxsalar da”, televiziya oyununun yaradıcıları onun simvolundan əl çəkmək istəməyiblər və heyvanlar kompüter animasiyası ilə əvəz olunub.

Prodüser Qayom Rameynin sözlərinə görə, təşkilatçılar əvvəlcə yırtıcıların arxiv görüntülərindən istifadə variantını nəzərdən keçiriblər, lakin “tamaşaçılar heyvanların getdiyini bildikləri üçün bunun onlara qəribə gələcəyini” düşünərək bu ideyadan imtina ediblər. Sonda təşkilatçılar qalanın xəzinəsindəki pələng heykəllərini “Notr Dam Donqarı”ndakı qarqoyllar və ya “Fantastik heyvanlar”dakı canlılar kimi “canlandırmaq” qərarına gəliblər.

Layihə 3D effektləri üzrə ixtisaslaşan Fransanın “Seed Factory” studiyası tərəfindən dörd ay müddətində hazırlanıb.


Mənbə: rbc.ru



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.