Səmranın səhvinə görə Azərbaycanı cərimələyiblər? — VİDEO

5-05-2016, 10:32           

Ötən gün “Eurovision” təmsilçimiz Səmra Rəhimli “Globen Arena”da ilk məşqini edib.

Müğənni səhnədə çıxışını “Youtube” sosial şəbəkəsində canlı yayımlayıb.

S.Rəhimli bununla da Avropa Yayım Birliyi (EBU) qaydalarını pozmuş olub. EBU qaydalarına görə, “Eurovision” təmsilçilərinin ilk sınaq çıxışları yayımlanmamalıdır. Bu hüquq təkcə “Eurovision”un rəsmi saytı və “youtube” səhifəsinə aiddir.

“Eurovision Times” saytı iddia edir ki, EBU qayda pozuntusuna görə, Azərbaycan nümayəndə heyətinə xəbərdarlıq edib, cərimələyib.

Bu məqamda qeyd edək ki, ötən il eyni hadisəni Rusiya təmsilçisi Polina Gagarina da etmiş, EBU tərəfindən cərimələnmişdi.

İTV rəsmisi isə açıqlamasında televiziyaya belə bir məlumatın daxil olmadığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru