Kim Kardaşyan gizli casusdur – SEPAH

18-05-2016, 11:28           

İranda Hörümçək 2 əməliyyatı həyata keçirilib
İranda “Instagram”dan “əxlaqsız məqsədlər” üçün istifadə etməkdə ittiham edilən 8 nəfər həbs olunub.
“Report” “Euronews”a istinadən xəbər verir ki, ittihamlar bu tətbiqetmədə İslam Respublikasında qadağan edilmiş formada – hicabsız şəkildə şəkillərini paylaşan qadın modellərə qarşı irəli sürülüb.
Həbslər təxminən iki il davam edən və gizli casusların model biznesinə daxil olduğu “Hörümçək 2″ əməliyyatı çərçivəsində həyata keçirilib.
Tehranın kompüter cinayətlər üzrə məhkəməsinin nümayəndəsinin sözlərinə görə, 8 nəfərin həbsindən başqa, 21 şübhəliyə qarşı cinayət işi açılıb. Ümumilikdə isə əxlaq qəyyumları “Instagram”da qızların fotolarını yerləşdirib paylaşan 170 nəfər müəyyən edib. Onlar arasında fotoqraflar, vizajistlər, modellər də var.
Bundan başqa, İran İslam inqilabı keşikçiləri ordusu (SEPAH) məşhur amerikalı model Kim Kardaşyanı gizli casus adlandırıb. Onlar erməni əsilli modelin məqsədinin iranlı qadınları İslam prinsiplərinə zidd həyat tərzinə cəlb etmək olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru