Məşhur türk teleaparıcıdan Azərbaycana jest — FOTOLAR

18-05-2016, 15:31           

Türkiyənin ATV kanalında məşhur aparıcı Muge Anlının "Sevgi izi" layihəsi azərbaycanlı təmsilçi Gülgün Qocayeva tərəfindən ölkəmizə də gətirilib.

Ölkə.Az-ın məlumatına görə, layihəyə əsasən səhhətində problem olan (əqli çatışmazlıq, daun və bu kimi itməyə meylli olan) insanların sol biləyinə doğmalarının razılığı ilə döymə rəqəmlər vurulur.

Tam məxfi saxlanılan bu rəqəmlər ölkənin bütün polis idarələrinin kompüter yaddaşına salınır və nəticədə itən və ya həyatını itirmiş şəxs doğmaları tərəfindən qısa müddətdə tapılır. Bu addım xəstə övladları olan və hər an həyəcan içərisində yaşayan valideynlər üçün bir rahatlıq gətirəcək. Bu layihədə sağlam şəxslər də iştirak edə bilər. Dünya TV-nin "Bu Sabah" proqramı "Sevgi izi" layihəsini verilişinə dəvət edib və aparıcı Nuranə Axundova Türkiyənin ATV kanalı ilə canlı bağlantı quraraq şəxsən Muge Anlıya təşəkkürünü bildirib. Dünya TV-nin bu təşəbbüsünü yüksək qiymətləndirən Muge Anlı "Bu Sabah" proqramının montaj olunmuş variantını Türkiyə tamaşaçılarına təqdim edib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru