Qulu Məhərrəmlinin jurnalistə qarşı iddiası əsasında məhkəmə prosesi təxirə salınıb

19-05-2016, 20:46           
Qulu Məhərrəmlinin jurnalistə qarşı iddiası əsasında məhkəmə prosesi təxirə salınıb
Nəsimi rayon Məhkəməsində telejurnalist Qulu Məhərrəmli İTV-nin əməkdaşı Rauf Rəcəbova qarşı iddiası üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

APA-nın məlumatına görə, buna R. Rəcəbovun vəkili Elnur Quliyevin prosesdə iştirak etməməsi səbəb olub. Proses mayın 25-dək təxirə salınıb.

Qeyd edək ki, Q. Məhərrəmli R. Rəcəbova qarşı xüsusi ittiham qaydasında iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edib. Q. Məhərrəmli iddia ərizəsində “AzTV”nin barəsində çəkdiyi videoda R. Rəcəbovun ona qarşı təhqir səsləndirdiyini bildirib. Səbael rayon Məhkəməsi isə ərizəni baxılmaq üçün Nəsimi rayon Məhkəməsinə göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru