İlhamiyyə Rza ANS-dən gedir

24-05-2016, 11:49           

Tanınmış tele-jurnalist İlhamiyyə Rza ANS TV-dən ayrılır.

Bu haqda "Gununsesi”nə tanınmış jurnalistin özü məlumat verib. Onun sozlərinə görə, mayın 30-dan etibarən "Nəzər Nöqtəsi” verilişində onu telejurnalist Tofiq Abbasov əvəzləyəcək.

İlhamiyyə xanım ANS-dən sonrakı fəaliyyəti ilə bağlı isə hələlik, heç bir fikir səsləndirməyib.

Xatırladaq ki, ANS-in ən uğurlu layihələrindən biri olan "Nəzər Nöqtəsi” uzun illər ən baxımlı proqramlardan biri olsa da sonradan yayımı dayandırılmışdı. Son aylarda yenidən efirə qayıdan proqramın ən son aparıcısı İlhamiyyə Rza idi.

Saytımızın araşdırmasın zamanı o da bəlli olub ki, ANS rəhbərliyi İlhamiyyə Rzanı Aytən Səfərova ilə əvəz etmək istəsə də eks ans-çi bu təklifi rədd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru