"Şəklimi o adamın fotosu ilə yanaşı qoymayın" - Qulu Məhərrəmlidən qadağa
24-05-2016, 12:14
Professor, əməkdar jurnalist Qulu Məhərrəmli mətbuat səhifələrində Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanovla şəklinin yanaşı qoyulmasına etiraz edib.
Avropa.info xəbər verir ki, bu barədə etirazını sosial şəbəkə vasitəsilə ifadə edən əməkdar jurnalist sayt və qəzet rəhbərlərindən bu fikrinə hörmətlə yanaşmağı xahiş edib: “Hörmətli qəzet redaktorları və sayt rəhbərləri! Xeyli müddətdir ki, səhifələri mənim AzTV müdiri ilə yanaşı şəkilim “bəzəyir”. Mediada çalışan keçmiş tələbələrim, dostlarım və bizə rəğbəti olan həmkarlarımız bəzi səbəblərdən bu şəkillərin yanaşı qoyulmasını qəbul etmirlər. Psixoloq dostların təhlilindən sonra mən də bu fikirlərlə razılaşmışam. Ona görə sizlərdən rica edirəm ki, mənim şəklimi o adamın fotosu ilə yanaşı qoymayın, lütfən!!!”