Nazpəri Dostəliyevanın bacısı xəstəxanaya yerləşdirildi

29-01-2023, 08:14           
Nazpəri Dostəliyevanın bacısı xəstəxanaya yerləşdirildi
Xalq artisti Nazpəri Dostəliyevanın bacısı, müğənni Zeynəb Dostəliyevanın səhhətinin pisləşməsi və xəstəxanaya yerləşdirilməsi haqda xəbərlər yayılıb.

Teref.az xəbər verir ki, Nazpəri Dostəliyeva "Moderator"a xəbəri təsdiqləyib.

"Zeynəb bacım xəstəxanadadır. Qəfildən bu yeni yayılmış qriplərdən oldu, ona görə də xəstəxanaya yerləşdirdik. Səhhəti pisləşdi deyə xəstəxanaya aparmağa məcbur olduq. İnfeksiya olub, o da bədənini zəhərləyib. Mən bu haqda heç kimə deməmişəm, yəqin ki, eşidib, yaxud görüb yazıblar. Neçə vaxtdır qanıqara halda xəstəxanadayam. Hələ ki, həkim nəzarətindədir, görək onlar nə deyir?! İnşallah ki, yaxşı olar. Çox pis infeksiya və qriplər yayılıb, özünüzü qoruyun. Mən heç özümü qoruya bilmirəm" deyə sənətkar bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.