Ferhat Göçer Bakıya gəlir

15-09-2023, 09:54           
Ferhat Göçer Bakıya gəlir
Türkiyənin tanınmış ulduzu, mahnıları ilə bir çoxlarının sevimlisi Ferhat Göçer Bakıya gəlir.

..... qeyd edir ki, Anadolu Events təşkilatçılığı ilə 22 sentyabrda baş tutacaq gecənin ev sahibi Heydər Əliyev Sarayıdır.

Həmçinin konsert üçün nəzərdə tutulan biletlərin yarıdan çoxu satılıb

Biletləri iticket.az – dan və şəhərin bütün kassalarından əldə edə bilərsiniz.

Modern.az Ferhat Göçer haqqında maraqlı faktları təqdim edir:

Pop və opera tərzində mahnılar ifa edən sənətçi 11 may 1970 – ci ildə Türkiyənin Birecik əyalətində dünyaya gəlib.

O, 2012-ci ilin noyabr ayından UNICEF-in Türkiyə üzrə Xoşməramlı səfiridir.

Musiqi karyerası ilə yanaşı, cərrah olan Göçer 2017-ci ildə 25 illik həkimlik həyatından ayrılaraq sırf musiqi ilə məşğul olmağa davam edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru