" "Generalım”, dünyanın ən yaxşı...” - Çimnazdan həyat yoldaşı ilə bağlı PAYLAŞIM - VİDEO

17-09-2023, 15:06           
" "Generalım”, dünyanın ən yaxşı...” -
Aktrisa Çimnaz Sultanova son paylaşımı ilə gündəmə səs salıb.

Teref.Az Day.Az-a istinadən xəbər verir ki, aktrisa uzun müddətdir, gizli saxladığı həyat yoldaşı ilə birgə çəkilən görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Sultanova bildirib ki, xaricdə yaşayan iş adamı, həyat yoldaşı ilə evliliklərinin il dönümüdür.
"Kadrlarda Çimnaz ərinin yalnız əllərini göstərib, üzünü isə gizlədib. Aktrisa paylaşımına "Hər şey mənim əlimdədir, əlimdə olmayan ayaqlarımda. Bütün bunlar sənin sayəndədir, "generalım", sağ ol, mələyim, uzun illər mənə dözdüyün, qayğıma qaldığın üçün və övladlarımız haqqında bütün kaprizlərimi yerinə yetirirsən və məni hər şeylə əyləndirirsən.

Sən dünyanın ən yaxşı ər və atasısan. Toyumuz, sevgimiz və ailəmizin ildönümü mübarək" sözlərini yazıb. "

Qeyd edək ki, Çimnaz Sultanova müsahibələrində evli olduğunu bildirsə də, həyat yoldaşını və övladını mediadan gizli saxlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru