Monteneqroda onlarla insan günlərdir “yerindən qalxa bilmir” - FOTO

4-10-2023, 13:07           
Monteneqroda onlarla insan günlərdir “yerindən qalxa bilmir” - FOTO
Balkan ölkəsi olan Monteneqronun Niksic şəhəri yaxınlığında yerləşən Brezna Etno kəndində ölkənin yumoristik ənənələrindən olan uzunmüddətli yatmaqla bağlı müsabiqə 46 gündür davam edir.

Avqustun 18-də Monteneqroda 21 iştirakçı ilə başlayan müsabiqədə indiyə qədər yerindən qalxmamağı bacaran 3 nəfər 1000 avroluq mükafat və “Ən tənbəl vətəndaş” adını almaq uğrunda mübarizə aparır.

Bu il 12-ci dəfə keçirilən qəribə müsabiqədə 46-cı günə qədəm qoyan iştirakçılar 1080 saatı geridə qoyublar.

Müsabiqə qaydalarına əsasən, iştirakçıların yuxuya getmələrinə, yemək-içmək ehtiyaclarını ödəmələrinə, kitab oxumalarına və telefondan istifadə etmələrinə icazə verildiyi halda, ayağa qalxmaları qayda pozuntusu hesab olunur.
Rəqiblər hər 8 saatdan bir şəxsi ehtiyaclarını qarşılaya bilirlər.






Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru