Xalq artisti xərçəngdən əməliyyat olunub - Özü açıqladı

4-10-2023, 16:22           
Xalq artisti xərçəngdən əməliyyat olunub -
Həddindən artıq həssas insanam. Hər hansı bir hadisə ürəyimi ağrıdır. Sanki canımdan, qanımdan keçərək bu hadisələri yaşayıram. Bəzən də susuram. Ürəyimə salıram. Ondan sonra da şəkər xəstəliyinə tutuldum. Şəkərdən sonra xərçəngdən əməliyyat olundum. Bu əməliyyata görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm. Həqiqətən də vəziyyət elə idi ki, əməliyyat təcili olmalı idi. İndi yaxşıyam”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Nisə Qasımova “Rəngarəng səhər” verilişində deyib.

“Heç kəsi görmək istəmirdim. Bu elə bir şeydir ki, sosial şəbəkələrdə yazıb paylaşırlar. Xoşlamadığım vəziyyətdir. Müharibə dövründə elə ağır günlər yaşamışdıq ki, o anda mən də vay-vay deyim, bunun heç bir mənası yoxdur. Həm mən sevmirəm ki, xəstəliyim haqda kimsə bilsin” – deyə N.Qasımova bildirib.

Xalq artisti insult keçirən zaman ailəsinin yanında olduğunu vurğulayıb: “Mənə elə hiss gəldi ki, ölürəm. Gördüm heç danışa bilmirəm. Bir cümlə güclə deyə bildim ki, kitabı mənə gətirin. Tez kəlmeyi-şəhadət oxumağa başladım. Hələ dilim tutulmayanda halımın xarab olduğunu deyə bildim. Gördülər ki, üzüm deformasiya oldu. Oğlum Heydər Əliyev Fonduna zəng etdi. 11 gün yataqda müalicə altında oldum. 11 gün sonra isə evə gəldim və başqa problemlərim başladı”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.