Monteneqroda tənbəllik çempionatı 50 gündən sonra başa çatıb

6-10-2023, 11:44           
Monteneqroda tənbəllik çempionatı
Monteneqroda keçirilən tənbəllik çempionatının son iki iştirakçısı 50 gün üfüqi vəziyyətdə qalmaqla rekorda imza atıblar.

Nəticədə ölkə sakini Lidiya Markoviç qalib elan edilib.

O, 23 yaşlı Filip Knezeviçlə yarışın son gününə qədər uzanıb, sonra eyni vaxtda ayağa qalxmağa razılaşıb. Bu yolla onlar sevgi və harmoniyanın hər şey olduğunu nümayiş etdirməyə qərar veriblər. Nəticədə Filip qələbəni xanıma vermək qərarına gəlib.

Qeyd edək ki, çempionatın əvvəlində yarışa 21 nəfər qatılıb. Sentyabrın 26-na kimi illik tənbəllik çempionatının iştirakçıları beş həftə üfüqi vəziyyətdə qalaraq daha bir rekorda imza atıblar.
Xatırladaq ki, ilk çempionat 12 il əvvəl Monteneqroda keçirilib. Qalib “Ən tənbəl vətəndaş” titulunu və 1000 avro qazanıb.

Mənbə: aif.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru