Məşhur müğənni evinin həyətində özünə qəbir qazdırdı: “Ölsəm…” – FOTO

7-10-2023, 20:55           
Məşhur müğənni evinin həyətində özünə qəbir qazdırdı: “Ölsəm…” – FOTO
“Shape of You” və ” Thinking Out Loud” hitləri ilə dünyaya səs salan məşhur müğənni Ed Şiran hər kəsi təəccübləndirib.

O, evinin həyətində özünə qəbir qazdırıb.

“Grammy” mükafatlı ifaçı bu barədə “GQ” jurnalına müsahibəsi zamanı bildirib:

“Buna məzar otağı deyə bilmərəm. Torpaqda qazılan bir çuxurdur və üzərində bir daş var. Beləliklə, ölsəm, ora girəcəm. Başqa adamlar bunun qəribə və təəccübləndirici addım olduğunu düşünür. Amma bəzi dostlarım var ki, öləndə yaxınları bilmirdi ki, nə etsinlər”.

2019-cu ildə Çerri Sibornla evlənən Ed Şiranın Layra və Yupiter adlı iki övladı var./BAKU.WS













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru