47 yaşlı oğlunu qaçıran erməniəsilli müğənni: “Məqsədim kömək etmək idi” – FOTO

13-10-2023, 08:23           
47 yaşlı oğlunu qaçıran erməniəsilli müğənni: “Məqsədim kömək etmək idi” – FOTO
Bir müddət əvvəl 4 agent tutaraq oğlu Elijah Blue Allmanı qaldığı oteldən qaçırmaq istəyən erməniəsilli müğənni Şer bu barədə ilk dəfə açıqlama verib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, səntçi məqsədinin sadəcə oğluna kömək etməkdən ibarət olduğunu bildirib:

“Mən anayam. Bu mənim işimdir. Birtəhər uşağıma kömək etməyə çalışdım. Uşaqlarınız üçün hər şeyi edəcəksiniz. Onlara kömək edə bildiyiniz zaman bunu edin, çünki ana olmaq budur. Ancaq bu, ürək ağrısı belə olsa ani xoşbəxtlikdir, uşaqlarınız haqqında düşünəndə sadəcə gülümsəyirsiniz, onları sevirsiniz, onların yanında olmağa çalışırsınız. Mən də belə olmağa davam edirəm”.

Qeyd edək ki, sənətçi ötən ay 4 agent tutaraq oğlu Elijah Blue Allmanı qaldığı oteldən qaçırıb. Bu barədə onun gəlini bildirib. O deyib ki, Los Ancelesdə oteldə qalan zaman qayınanası 47 yaşlı ərini qaçırtmaq istəyib.

Elijah Blue Allmanın başqa bir oteldə huşsuz vəziyyətdə çəkilən fotoları isə hadisənin həqiqətən baş verdiyini sübut edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.