“Aşk-ı Memnu”nun məşhur aktrisasından səmimi etiraf: “1988-ci ildən bəri tənhayam...” - FOTO

29-02-2024, 17:04           
“Aşk-ı Memnu”nun məşhur aktrisasından səmimi etiraf: “1988-ci ildən bəri tənhayam...” - FOTO
1960-cı ildə Türkiyə gözəli seçilən məşhur aktrisa Nebahat Çehre şəxsi həyatı ilə bağlı səmimi etiraflar edib.

79 yaşı olmasına baxmayaraq gözəlliyi ilə diqqət çəkən aktrisa plastik əməliyyat olunmadığını qeyd edib. “Plastik əməliyyatım yoxdur, botoksum var”, - deyə o bildirib.

“Aşk-ı Memnu” serialında Bihterin anası Firdevs Yöreoğlu obrazını canlandıran Nebahat Çehre illərdir tənha olduğunu da dilə gətirib.

“Heç vaxt rola görə bir kişi ilə yatağa girməmişəm. 1988-ci ildən bəri aşiq olmamışam, tənhayam”, - deyə aktrisa vurğulayıb.






Mənbə: TR Haber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru