“Karib dənizinin quldurları”nın məşhur ulduzunu köpək balığı YEDİ
25-06-2024, 17:58
49 yaşlı aktyor və sörfçü Tamayo Perri Havayda sörfinqlə məşğul olarkən köpək balığının hücumuna məruz qalıb.
Sfera.az xəbər verir ki, qolu və ayağı olmayan aktyorun bədəni Havaydakı çimərliklərdən birində sahildən tapılıb.
Faciə baş verən zaman aktyor Havay adalarının Mokuauia kimi tanınan Keçi adasında sörfinq edirmiş.
Qeyd edək ki, Tamayo Perri 10 yaşından sörfinqlə məşğul olub və həmin gün də başqa bir dalğanı fəth edirmiş.
Təlimatçı kimi işlədiyi Oahu adasında təqdimat videosunda aktyor hətta dünyanın ən ölümcül dalğasında sörfinq təcrübəsini paylaşıb.
Yerli sörfçülər Tamayonu çıxarmağa çalışsalar da, o, çox qan itirib. Perri həmçinin çimərlikdə xilasedici kimi də çalışıb.
"Tamayo Perri Şimal Sahilində yaxşı tanınan sevimli xilasedici, bütün dünyada tanınan peşəkar sörfçü idi. İnsanlar onu sevdiyi halda, o, hamını daha çox sevirdi. Tamayonun ailəsinə və bütün xilasedicilərə komandamız adından başsağlığı veririk”– deyə Havay adalarının okean təhlükəsizliyi üzrə rəhbəri vəzifəsini icra edən Kurt Lager bildirib.
Perri həmçinin bir neçə il əvvəl dəhşətli, ölümcül qəzadan xilas olub.
Perri "Karib dənizinin quldurları: Qərib dənizlərdə" filmində rol alıb. Conni Deppin pirat kapitanı rolunu oynadığı 2011-ci il filmində Penelope Kruz və Cefrey Raş da çəkilib.
Perri “Lost”, “Hawaii Five-0”, “Blue Crush” və “Charlie's Angels 2” filmlərində də oynayıb, “Coca-Cola “reklamlarında çəkilib.