Keçmiş porno ulduz məşhur reperdən 50 milyard dollar tələb edir
5-07-2024, 17:54
Keçmiş porno ulduz Adria İnqliş reper P.Diddini (əsl adı Şon Kombs) Hemptonsdakı məclislərdə cinsi əlaqəyə məcbur etməkdə ittiham edib. İddiaçı məhkəmə yolu ilə musiqiçidən 50 milyard dollar tələb edir.
İnqliş iddia edir ki, o, insan alverinin qurbanı olub. Qadın əvvəlcə qonaqlara içki və narkotik təklif etməli, sonra isə onlarla cinsi əlaqədə olmalı idi.
Keçmiş porno ulduzun dediyinə görə, o, 2004-2009-cu illərdə bir neçə il seks köləliyində olub, sonra Kaliforniyaya qaçıb.
İnqliş iddia edir ki, Kaliforniyaya qaçdıqdan sonra P.Diddi onun ekran karyerasını məhv edib.
Reperin vəkili bütün ittihamları yalan adlandırıb.
Qeyd edək ki, əvvəllər də Diddinin keçmiş sevgilisi və bir neçə başqa şəxs onu zorakılıqda, eləcə də insan alverində iştirakda ittiham ediblər. Reperin Mayami və Los-Ancelesdəki evlərində axtarış aparılıb.