Britni Spirsin oğulları zorakılıq edən babalarını bağışladılar

8-08-2024, 18:38           
Britni Spirsin oğulları zorakılıq edən babalarını bağışladılar
ABŞ-li müğənni Britni Spirsin iki oğlu - Şon Preston və Ceyden Ceyms ailə zorakılığı hadisəsindən sonra babaları, müğənninin atası Ceymi Spirsi bağışlayıblar.

Bu barədə atalarının vəkili Kevin Federlaynın vəkili Mark Vinsent Kaplan "Page Six"ə müsahibəsində danışıb.

"Onlar babaları üçün darıxırlar", - deyə o bildirib.

Qeyd edək ki, 2019-cu ilin avqustunda Ceymi 13 yaşlı nəvəsi Şon Preston ilə mübahisə zamanı qapını sındıraraq ona hücum çəkməkdə və dava zamanı onu tutub silkələməkdə ittiham olunub.

Ventura dairəsinin prokurorluğu hadisə ilə əlaqədar Ceymiyə cinayət ittihamı irəli sürməmək qərarına gəlsə də, uşaqların müdafiəsi üçün məhkəmə qadağası verilmişdi. İndi isə Kaplanın sözlərinə görə, həmin qadağanın müddəti başa çatıb.

"Ceyminin nəvələri ilə və onların da babaları ilə ünsiyyətlərinə heç bir məhdudiyyət yoxdur", - deyə Kaplan təsdiqləyib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru