Burak Özçivit Rusiya filmində ilk roluna hazırlaşır

16-08-2024, 13:14           
Burak Özçivit Rusiya filmində ilk roluna hazırlaşır
Məşhur türkiyəli aktyor Burak Özçivit ilk dəfə Rusiya filmində rol alacaq.

Bu barədə "Mash" "Telegram" kanalı öz mənbəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, Özçivit "Slovo patsana. Krov na asfalte" serialının ulduzu Ruzil Minekayev ilə birlikdə layihədə iştirak etməyə razılıq verib.

Mənbə iddia edir ki, aktyorun səhnələri Almetyevskdə çəkiləcək.

Məlumata görə, aktyorun adına avqustun 24-də Kazanın hotellərindən birində otaq rezerv edilib.

Ehtimal olunur ki, aktyorun bir çəkiliş günü 1.5 milyon rubldan 3 milyon rubladək (təxminən 28.1 - 56.3 min manat) məbləğə başa gələ bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru