Corc Kluninin fondunun fəaliyyəti Rusiyada qadağan edilib
19-08-2024, 15:14
Rusiya məşhur “Hollivud” aktyoru Corc Kluninin rəhbəri olduğu “Azadlıq Uğrunda Kluni Fondu”nun fəaliyyətini ölkə ərazisində arzuolunmaz elan edilib.
APA-nın xəbərinə görə, bu barədə adı çəkilən ölkənin Baş Prokurorluğunun “Teleqram” kanalında məlumat verilib.
Bildirilib ki, Nyu-York ərazisində qeydiyyatdan keçən bu qeyri-hökumət təşkilatı humanitar dəstək pərdəsi altında Rusiya əleyhinə fəaliyyət həyata keçirməkdə ittiham edilir.