"Bakını və insanlarını sevdim" — Doktor Alban

22-08-2024, 11:44           
"Bakını və insanlarını sevdim" — Doktor Alban
Ötən ay Bakıda keçirilən "Dream Fest" beynəlxalq musiqi festivalında iştirak edən Nigeriya əsilli məşhur isveçli müğənni Doktor Alban (Alban Uzoma Nvapa) Azərbaycan haqda təəssüratlarını bölüşüb.

AZƏRTAC-a müsahibə verən sənətçi Bakını çox sevdiyini bildirib:

"Bakı çox gözəl şəhərdir. Strukturlaşdırılmış və sakitdir. Tamaşaçılar isə fantastikdir. Mən bu şəhəri və onun insanlarını sevdim. Bakıda bəyənmədiyim heç nə yoxdur".

İfaçı yerli mətbəximizdən də danışıb:

"Yeməklərin Asiya və ərəb mətbəxi ilə ortaq cəhətləri var. Çoxlu qızardılmış ət yedim. Ləzzətli idi".

Alban Azərbaycanı sevdiyini və Bakıda solo konsert vermək istədiyini də bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.