Selena Qomesdən kədərli etiraf: "Uşaq dünyaya gətirə bilmərəm"

11-09-2024, 17:24           
Selena Qomesdən kədərli etiraf: "Uşaq dünyaya gətirə bilmərəm"
Məşhur müğənni və aktrisa Selena Qomes xəstəliyi səbəbindən uşaq dünyaya gətirə bilmir.

Aktrisa bu barədə "Vanity Fair" jurnalına verdiyi müsahibəsində danışıb.

Açıqlığı və səmimiliyi ilə tanınan ulduz oxucularla ən dərin hisslərini bölüşüb:

"Mən bunu heç vaxt deməmişəm, amma təəssüf ki, öz uşaqlarımı dünyaya gətirə bilmirəm. Mənim həyatımı və uşağın həyatını təhlükə altına ala biləcək bir çox sağlamlıq problemlərim var", - deyə Selena etiraf edib.

Uzun illərdir lupus xəstəliyi ilə mübarizə aparan və 2017-ci ildə böyrək transplantasiyası keçirmiş müğənni bu faktla barışmağın asan olmadığını bildirib:

"Mən düşünürdüm ki, bu hamıda olduğu kimi olacaq", - deyə o bölüşüb.

Bununla belə, çətinliklərə baxmayaraq, Selena gələcəyə nikbinlik və minnətdarlıqla baxır:

"İndi mənim vəziyyətim çox daha yaxşıdır. Mən surroqat analıq və ya övladlığa götürmə ilə məşğul olmağa hazır olan gözəl insanların olmasını bir nemət hesab edirəm. Bu, mənim qarşımda böyük imkanlar açır", - deyə ulduz bildirib.

O, analıq arzusunda olan, lakin özü uşaq dünyaya gətirə bilməyənlər üçün belə variantların mövcudluğuna səmimi minnətdarlığını ifadə edib:

"Yüzdə yüz analıq arzusundakı bir insan olaraq, mənə fərq etmir: sonda o, mənim olacaq, mənim uşağım olacaq", - deyə müğənni vurğulayıb.

Selena Qomes qeyd edib ki, onun üçün əsas məsələ uşağın həyatına hansı yolla gəlməsindən asılı olmayaraq, sevən ana olmaqdır.

Ulduz ifaçı "Vanity Fair" üçün pozlar da verib. Fotolar pərəstişkarlar tərəfindən böyük rəğbətlə qarşılanıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru