DTX xaricdə gizlənən cinayətkarı ölkəyə gətirərək həbs edib - TƏFƏRRÜAT

21-04-2025, 11:32           
 DTX xaricdə gizlənən cinayətkarı ölkəyə gətirərək həbs edib - TƏFƏRRÜAT
Bakı şəhər Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə saxlanılmış Nəcimov Ruslan Rafiq oğlu barəsində müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

"DİA-AZ" xəbər verir ki, Müəyyən edilib ki, sabit silahlı qrup tərkibində terrorçuluqla bağlı cinayət əməllərinin törədilməsində şübhəli bilinən 08.06.1987-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Nəcimov Ruslan Rafiq oğlu müxtəlif adlar altında xarici ölkə ərazisində gizlənməyə çalışıb.

DTX tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Ruslan Nəcimovun xaricdə saxlanılaraq 15.04.2025-ci il tarixində ölkə ərazisinə gətirilib istintaqa cəlb olunması təmin edilmişdir.

Məhkəmənin qərarı ilə Ruslan Nəcimovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru