TIR ilə "Sevgilimə güvənirəm" çağırışı edən cütlüyün görüntüləri sosial mediada viral oldu

2-10-2024, 18:54           
TIR ilə "Sevgilimə güvənirəm" çağırışı edən cütlüyün görüntüləri sosial mediada viral oldu
"TikTok"da yayılan trendi həyata keçirmək istəyən cütlüyün görüntüləri sosial şəbəkələrdə viral olub.

Videoda cütlük TIR ilə "Sevgilimə güvənirəm" adlı oyun oynayır. Oyunun qaydalarına görə, sevgilisini yolun ortasında qoyub üzərinə TIR ilə sürətlə gələn sürücü son anda dayanmalıdır.

Kadrlarda görünür ki, ilk cəhdi edən kişi sürücü sevgilisini əzmədən dayanmağı bacarır. Lakin qadın sürücü vaxtında dayana bilmir. Kadrda yük maşınının gəncə çırpıldığı görünür.

Video qısa zamanda sosial şəbəkələrdə sürətlə yayılıb. İstifadəçilər görüntüləri birmənalı qarşılamayıblar. Bəziləri hadisənin gülməli olduğunu desə də, bir çoxları gəncləri ağılsız hərəkətlərinə görə tənqid ediblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru