İnternetsiz də “YouTube Go”da videoya baxmaq olacaq

29-09-2016, 10:27           

Simsiz şəbəkələrə qoşulan aktiv mobil qurğu istifadəçiləri uzun müddətdir populyar “YouTube” videohostinqi vasitəsilə “offline” rejimdə videoya baxmaq və sevimli videoları seyr edən zaman trafikə qənaət etmək arzusundadırlar.
“Google” şirkəti minlərlə istifadəçinin istəyini eşidərək mobil və ya “Wi-Fi” şəbəkəsinə qoşulmadan videoya başqa vaxtda baxmaq üçün onu saxlamağa imkan verən “YouTube Go” əlavəsini təqdim edib. Dehlidə təqdim edilən servisdən yalnız Hindistan sakinləri istifadə edə biləcəklər.
Gununsesi.info ıctnews.az-a istinadən xəbər verir ki, Hindistan üçün layihələndirilən və nəzərdə tutulan “YouTube Go” qoşulma və şəbəkənin xüsusiyyətləri nəzərə alınmaqla ölkə sakinlərinə videoservisin bütün gözəlliklərini çatdıracaq.
Əlavə videonun ilk fraqmentindən istifadəyə imkan verməklə yüklənən faylın ölçüsünü göstərir və videonun keyfiyyətini seçir. Bundan başqa, videonu “Bluetooth” ilə başqa telefona ötürmək mümkündür. “YouTube Go” videonun yerləşməsini yadda saxladığına görə onu qovluqlarda axtarmağa ehtiyac qalmır.
Hazırda “YouTube Go” layihəsi üçün sınaqlarda iştirak edəcək şəxslərin qeydiyyatı aparılır. Əlavənin Hindistanda və dünyanın digər regionlarında nə vaxt istifadəyə veriləcəyi açıqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru