"Qremmi"dəki qalmaqaldan sonra Kanye Uest öz xəstəliyi barədə gözlənilməz açıqlama verdi

Bu gün, 16:29           
"Qremmi"dəki qalmaqaldan sonra Kanye Uest öz xəstəliyi barədə gözlənilməz açıqlama verdi
Məşhur reper Kanye Uest "Qremmi" mükafatı ətrafındakı qalmaqal fonunda öz diaqnozu barədə açıq danışıb.

"Mirror"un verdiyi məlumata görə, o, autizmdən əziyyət çəkdiyini etiraf edib.

İfaçının sözlərinə görə, onu həkimə müraciət etməyə həyat yoldaşı Byanka Senzori məcbur edib. Model hesab edib ki, ərinin xəstəliyinin simptomları əvvəllər qoyulmuş bipolyar pozuntunun əlamətlərinə bənzəmir.

Kanye Castin Biberin həkiminə müraciət etdiyini vurğulayıb.

"Həyat yoldaşım məni buna məcbur etdi, çünki o dedi ki, nəsə bipolyar pozuntuya bənzəmir. Nəticədə, məndə autizm olduğunu öyrəndim", - deyə Kanye bildirib.

O həmçinin əlavə edib ki, diaqnoz ona təsir edib. Bəzən özünü idarə edə bilmir.

Xatırladaq ki, Los-Ancelesdə sayca 67-ci dəfə keçirilən "Qremmi" musiqi mükafatına həsr olunmuş tədbirdə qalmaqal baş verib.

Ulduzlar yenicə qırmızı xalıya toplaşmağa başlayan kimi Kanye Uest və onun həyat yoldaşı Byanka Senzori diqqətləri öz üzərilərinə çəkiblər. Kanye Uest tədbirə qara idman köynəyində və şalvarda, Byanka Senzori isə qara uzun kürkdə fotoqrafların qarşısına çıxıb. Qadın daha sonra kürkü üzərindən çıxarıb və tamamilə şəffaf miniatür geyimdə qalıb. Alt paltarsız olan Kanye Uestin həyat yoldaşı soyuqqanlılıqla fotoqrafların qarşısında özünü göstərməyə başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.