“Titanik” və “Avatar”ın rejissoru Trampa görə ABŞ-ı tərk etdi

2-03-2025, 12:44           
“Titanik” və “Avatar”ın rejissoru Trampa görə ABŞ-ı tərk etdi
Məşhur “Titanik” və “Avatar” filmlərinin rejissoru Ceyms Kemeron ABŞ-ı tərk edib. AzPost xarici mediaya istinadən xəbər verir ki, o, bu qərarını Donald Trampın prezident seçilməsindən sonra ölkədə baş verən siyasi dəyişikliklərlə əlaqələndirib.

Kemeron bildirib ki, Trampın seçilməsi ilə ölkədə vəziyyət kəskin şəkildə dəyişib və Amerika “layiq olduğu hər şeydən üz döndərib”. O, bu vəziyyətdən dərin narahatlıq keçirdiyini ifadə edib.

Rejissor hazırda Yeni Zelandiyada yaşayır və orada hər gün Tramp haqqında xəbərləri oxumaq məcburiyyətində olmadığını qeyd edib. O, Yeni Zelandiyanı öz vətəni Kanada ilə müqayisə edərək, hər iki ölkənin oxşar dəyərlərə sahib olduğunu və bu mühitin uşaqları üçün daha uyğun olduğunu vurğulayıb.

Ceyms Kemeron kino tarixinin ən uğurlu rejissorlarından biri hesab olunur. Onun “Titanik” və “Avatar” filmləri dünya üzrə ən çox gəlir gətirən filmlər sırasındadır. O, həmçinin “Terminator”, “Yadplanetlilər” və “Dərinlik” kimi məşhur filmlərin müəllifidir.

Qeyd edək ki, yaxın zamanda məşhur aktyor Riçard Gir də ABŞ-ı tərk edərək İspaniyaya köçüb. O, Trampın prezident seçilməsi halında ölkəni tərk edəcəyini əvvəlcədən bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru