Ancelina Colinin kişilərə etibarı itib

3-03-2025, 00:06           
Ancelina Colinin kişilərə etibarı itib
Aktrisa Ancelina Coli Bred Pittlə boşandıqdan sonra kişilərə etibar etmir. Bu barədə “US Magazine” öz mənbələrinə istinadla xəbər verir.

“O, Bredlə yaşadıqlarından sonra kişilərə güvənməkdə çətinlik çəkir. Ancelina Bredlə olan münasibətindən aldığı travmanı heç vaxt tam şəkildə aşa bilməyəcəyini düşünür. Lakin o, özünü yarım hiss etmir, övladlarından və həyatından razıdır”, – deyə nəşrin insayderi bildirib.

Qeyd edək ki, Ancelina Coli və Bred Pittin altı övladı var: oğulları Maddoks Şivan, Paks Tiyen, Noks Leon, qızları isə Zaxara Marli, Şaylo Nuvel və Vivyen Marşelindir.

Ötən ilin dekabrın 31-də aktyorların boşanma prosesini başa çatdırmaq barədə razılığa gəldikləri məlum oldu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru