Holli Berrinin intiqamı: Edrian Broudini sevgilisinin gözü qarşısında öpdü VİDEO

4-03-2025, 16:26           
Holli Berrinin intiqamı: Edrian Broudini sevgilisinin gözü qarşısında öpdü  VİDEO
Hollivud aktrisası Holli Berri aktyor Edrian Broudini onun sevgilisi Corcina Çapmenin gözü qarşısında ehtirasla öpüb.

Bu barədə "Daily Mail" xəbər verib.

Bildirilir ki, Edrian Broudi və Corcina Çapmen Los-Ancelesdə keçirilən 97-ci "Oskar" mükafatlandırma mərasiminin qonaqları olublar. "Qırmızı xalı"da cütlük Holli Berri ilə qarşılaşıb.

Aktrisa onlara yaxınlaşaraq üzünü Çapmenə tutub.

"Təəssüf edirəm, Corcina, amma bunu etməliyəm", - deyib və Broudini ehtirasla öpüb.

Aktyor da bu öpüşə qarşılıq verib, ardından onu qucaqlayıb. Çapmen isə təəccüblənmək əvəzinə əl çalıb.

Holli Berri bu hərəkətini 2003-cü ildəki hadisənin intiqamı adlandırıb. Həmin il o, "Ən yaxşı kişi rolu" kateqoriyasının qalibini elan etmək üçün səhnəyə çıxmışdı. Broudi isə mükafatını almaq üçün səhnəyə qalxaraq gözlənilmədən Berrini öpmüşdü.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru