Alla Puqaçova və Maksim Qalkin mühacirətdə kimin hesabına yaşayırlar?

Bu gün, 16:42           
Alla Puqaçova və Maksim Qalkin mühacirətdə kimin hesabına yaşayırlar?
Rusiyalı sahibkar Andrey Matus məşhur müğənni Alla Puqaçova və əri, şoumen Maksim Qalkinə Moskva yaxınlığında yerləşən Qryaz kəndindəki qəsrdən qalan əşyaları çıxarmağa kömək edib.

Bu barədə sahibkar "Yeni rus sensasiyaları" verilişində bəhs edib.

"Məndə Qalkin tərəfindən imzalanan müqavilə, həmçinin onun pasportu var", - deyə o əmin edib.

Matus eyni zamanda bildirib ki, Puqaçova və Qalkin xaricdə məşhur rusiyalı oliqarxın hesabına yaşayırlar.

"Onların İsraildə, Hersliya şəhərində yaşadıqları ev kirayədir. Üstəlik, bu evin kirayəsini də tanınmış oliqarx ödəyir. Yəni oliqarx onlara yaşayış yeri kirayələyib və xoş niyyət əlaməti olaraq onlara sığınacaq verib", - deyə sahibkar qeyd edib.

Matusun sözlərinə görə, o, İsraildə ulduz cütlüyə verilən mənzili görüb. Bu, kiçik, lakin çox bahalı bir ərazidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.