“Həkimlər dedi ki, 2 il ömrü qalıb” - Namiq Qaraçuxurlu

Bu gün, 00:06           
“Həkimlər dedi ki, 2 il ömrü qalıb” -
"Ağır xəstəlik idi, bilirdik ki, anamı itirəcəyik. Anamın ilk əməliyyatında həkim dedi ki, 2 il ömrü var. Ancaq həkim nə qədər verdi, verdi. Ondan sonra 3 il 3 ay yaşadı. O ərəfədə sürünürdüm, amma bilirdim işləməliyəm, yük çiynimdədir".

TEREF axşam.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu ""İncə səhər" verilişində deyib. Sənətçi xərçəng xəstəliyindən əziyyət çəkən anasının vəfatından danışıb:

"Əhvalım pis olanda kiməsə göstərməmişəm. Anam dünyasını dəyişəndə də danışmadım. İçimdə çəkdim, qapalı adamam. İstədim gedim xaricə istirahət edim, beynim açılsın. Gələn kimi dostum Xəyyam (meyxanaçı Xəyyam Əhmədli - red.) vəfat etdi. Bu da bir zərbə oldu.

Toparlana bilmirdim, səhhətimdə pis şeylər oldu. Başqa müğənnilərin heç nə vecinə deyil. Amma mənim imicim elədir ki, cəmiyyətin ismarışını eşidənəm. Deyirlər, bunu etmə, olmaz. Gördüm qalxa bilmirəm. El şənliklərinə getmirdim, beh verilirdi, qaytarırdım. Sonra gördüm alınmır, qalxdım, indi yaxşıyam".

N.Qaraçuxurlu səhhətindəki problemdən danışıb:

"Başımda problem yarandı, Ağrılar olurdu, başım fırlanırdı. Bir də ürəyimdə ağrılar yarandı. Psixologiyam və iradəm güclüdür, qarşısını aldım".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.