Bred Pitt və Ancelina Coli arasında yeni QALMAQAL
Bu gün, 12:58

Hollivud aktyoru Bred Pitt keçmiş həyat yoldaşı Ancelina Colini övladlarını onun əleyhinə yönəltməkdə ittiham edib.
Bu barədə "RadarOnline" nəşri xəbər verir.
Mənbənin məlumatına görə, cütlüyün 18 yaşlı qızı Şaylo ilk döyməsini etdirib və anasının bürcü olan "Əkizlər" işarəsini seçib. Bundan başqa, o, əvvəllər üstünlük verdiyi qısa saç kəsimindən imtina edib və getdikcə görünüşcə anasına daha çox bənzəməyə başlayıb.

Şaylo həmçinin uşaqlıqda atasından aldığı və onun üçün böyük dəyəri olan bir hədiyyədən də imtina edib. Bu hadisə Bred Pitt üçün çox ağır olub.
Xatırladaq ki, 2024-cü ilin avqustunda Şaylo atasının soyadından imtina edərək yalnız "Coli" soyadını saxlayıb. Bred Pitt isə bunun məsuliyyətini Ancelina Colinin üzərinə qoyur və övladlarını öz təsiri altına saldığını düşünür.
Bred Pitt və Ancelina Colinin altı övladı var: Medoks, Paks, Noks, Zahara, Şaylo və Vivyen. Onlardan Şaylo, Noks və Vivyen cütlüyün bioloji övladlarıdır. Aktyorlar 2016-cı ildə ayrılıb və 2019-cu ildə rəsmi şəkildə boşanıblar. Hazırda onlar uşaqların qəyyumluğu və birgə mülkiyyətin bölüşdürülməsi ilə bağlı məhkəmə mübahisəsi yaşayırlar.